BAKI, 16 may. TELEQRAF

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin heyətində yer aldığı “Boluspor” klubu Türkiyə 1-ci Liqasının pley-off oyununda qələbə qazanıb.

Teleqraf xəbər verir ki, Bolu təmsilçisi səfərdə “İstanbulspor”u 2:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib.

V.İsgəndərlinin adı oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmaq şansı olmayıb.

Qeyd edək ki, “Boluspor” yarımfinalda “Bandırmaspor”la qarşılaşacaq. Həmin qarşılaşma mayın 19-da keçiriləcək.