BAKI, 23 aprel. TELEQRAF

"Hədəfimiz kuboku qazanmaqdır".

Bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərbaycan Kubokunun 1/2 final mərhələsində evdə “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra Teleqraf-a açıqlamasında deyib.

34 yaşlı yarımmüdafiəçi oyunun çətin keçidiyini bildirib: "Birinci qoldan sonra oyun daha açıq keçdi və növbəti qolları vura bildik. Finala çıxdığımız üçün şadıq. Hədəfimiz kuboku qazanmaqdır".

Zubir oyuna motivasiya olmağı özlərinin işi adlandırıb: "Klub buna görə bizə maaş verir".

O, finalda qarşılaşa biləcəkləri komanda ilə bağlı fikrini açıqlayıb: "Mənim üçün fərqi yoxdur. İstənilən rəqibə qarşı oynayacağıq. "Sabah" da, "Neftçi" də güclü komandadır. Hər ikisinə qarşı oynamağa sevinəcəyik".

Təcrübəli futbolçu növbəti mövsümdə UEFA Çempionlar Liqasının Liqa mərhələsində oynamaq istədiyini söyləyib: "Hər bir futbolçunun kimi mən də UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək istərdim. Ötən mövsüm bu qapını bir az açdıq. Amma təəssüf ki, tam aça bilmədik. Bunun üçün səhvlərimizdən öyrənəcəyik, yaxşı hazırlıq keçəcəyik".