QƏBƏLƏ, 18 sentyabr. TELEQRAF
“Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 1000-ci matçına çıxıb.
Teleqraf xəbər verir ki, “ağ-qaralar” bu göstəriciyə Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” ilə səfər görüşündə çatıb.
Futbolçular Neftçilər günü münasibətilə meydana kaskada daxil olublar. Pankartın üzərində “Milli sərvətimizin qəhrəmanları- Neftçilər gününüz mübarək!” sözləri yazılıb.
Beləliklə, “Neftçi” ölkə futbolu tarixində yüksək dəstədə 1000 oyuna çatan ilk klub olub.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanı Cavid Cəlilov idarə edir.