BAKI, 18 sentyabr. TELEQRAF

ABŞ Konqresi Pentaqon podratçısı tərəfindən Çinin xüsusi inzibati bölgəsi (Syanqanq) olan Honkonqa təsadüfən "F-35 Lightning II" qırıcı-bombardmançı təyyarəsinin komponentlərinin göndərilməsi ilə bağlı araşdırmaya başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Mənbə bildirib ki, F-35 təyyarəsinin komponentləri Amerika korporasiyası "Lockheed Martin" adından göndərilib.

Qırıcı təyyarələrin avadanlıqlarının hazırda harada olduğu dəqiq bəlli deyil.

ABŞ Müdafiə Nazirliyi bildirib ki, Amerika hakimiyyəti yükü geri qaytarmaq, hadisənin səbəblərini araşdırmaq və təkrarlanmaması üçün əlavə tədbirlər görmək barədə düşünür.