BAKI, 19 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delси Rodrigeslə görüşəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts təsdiqləyib.
Onun sözlərinə görə, Nyu-Yorkda keçiriləcək görüş tam formatlı ikitərəfli danışıqlardan daha qeyri-rəsmi xarakter daşıyacaq.
Uolts bildirib ki, Tramp BMT Baş Assambleyası çərçivəsində Böyük Britaniya və Yaponiyanın baş nazirləri, həmçinin Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrin liderləri ilə də görüşəcək.