BAKI, 19 sentyabr. TELEQRAF

Pakistanın şimal-qərbindəki Kohat şəhərində məscidin yaxınlığında baş verən terror aktı nəticəsində 16 polis əməkdaşı da daxil olmaqla ən azı 31 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Agentlik mənbəyə istinadən bildirib ki, bu günə qədər 16 polis əməkdaşı da daxil olmaqla 31 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

****

18 sentyabr, 16:28

Pakistanın Xayber-Paxtunxva əyalətində məscidin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Teleqraf Pakistan mediasına istinadən xəbər verir ki, Kohat dairə xəstəxanasında fövqəladə vəziyyət rejimi elan edilib.

Ölənlərdən beşi polis əməkdaşıdır.

***

13:58

Pakistanın Hayber-Paxtunxva əyalətinin Kohat rayonunda məscidin yaxınlığında partlayış baş verib.

Teleqraf "The News Pakistan"a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Partlayış cümə namazı zamanı baş verib. Hadisə nəticəsində məscidin qarşısında çuxur yaranıb və divarlardan biri uçub.

Yaralananlar arasında polis əməkdaşları da var.