BAKI, 17 sentyabr. TELEQRAF

ABŞ-li iş adamı Todd Boehli İngiltərə təmsilçisi “Çelsi”nin sahibliyindən ayrılıb.

Teleqraf xəbər verir ki, Boehli 2022-ci ildə Roman Abramoviçdən London klubunu satın alan konsorsiumun rəhbəri olub. Həmin vaxt “Çelsi” bir neçə ay əvvəl Çempionlar Liqasının qalibi olmuşdu.

Dörd il sonra Boehli və klubun digər səhmdarı Mark Uolter “Çelsi”dəki paylarını “Clearlake Capital”a satıblar. Nəticədə şirkət London klubunun demək olar ki, bütün səhmlərinə sahib olub.

Tərəflər sövdələşmənin “Çelsi”nin maraqları və klubun inkişafının davam etdirilməsi məqsədilə həyata keçirildiyini bildiriblər.

Boehlinin rəhbərliyi dövründə “Çelsi”də bir sıra dəyişikliklər edilib. Lakin bəzi qərarlar azarkeşlərin narazılığına səbəb olub.

Qeyd edək ki, “Clearlake Capital” eyni zamanda Fransanın “Strasburq” klubunun da sahibidir. Boehli və Uolter “Strasburq”dakı paylarını da “Clearlake Capital”a satıblar.