BAKI, 19 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Danimarka ilə əldə olunan razılaşmaya əsasən, Vaşinqtonun rəqiblərinin Qrenlandiyada hərbi qüvvə yerləşdirmək hüququnun olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bunu Qrenlandiyanın təhlükəsizliyinə dair razılaşmanı şərh edərkən deyib.

ABŞ liderinin sözlərinə görə, razılaşma Vaşinqtonun rəqiblərinin Qrenlandiyada hərbi mövcudluğuna, eləcə də adaya investisiya yatırmasına imkan vermir.

Tramp bundan əvvəl ABŞ, Danimarka və Qrenlandiya arasında adanın təhlükəsizliyinə dair razılaşmanın əldə olunduğunu açıqlamışdı.