BAKI, 19 sentyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, turun mərkəzi oyununda “Turan Tovuz” “Zirə”ni qəbul edəcək.
Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edəcək. Kurban Berdıyevin komandası hazırda 8 xalla turnir cədvəlinin 5-ci, Rəşad Sadıqovun kollektivi isə 10 xalla 2-ci pilləsində yer alır.
Günün növbəti matçında isə “Sabah” “İmişli”ni sınağa çəkəcək. Masazırda keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək. Hazırda “bayquşlar” 12 xalla 3-cü, “İmişli” isə 4 xalla 8-ci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
VI tur
19 sentyabr
17:30, “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı.
VAR: Əli Əliyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu.
19:45, “Sabah” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bank Respublika Arena”.
Qeyd edək ki, daha əvvəl keçirilmiş oyunlarda “Qəbələ” “Neftçi”yə 0:3 hesabı ilə uduzub, “Qarabağ” isə “Şəfa”ya 1:0 hesabı ilə qalib gəlib. “Şamaxı” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Sumqayıt” oyunları isə sabah keçiriləcək.