BAKI, 19 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda güclü partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, partlayışdan bir müddət əvvəl Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Ər-Riyad bölgəsində mümkün təhlükə ilə bağlı erkən xəbərdarlıq elan edib. Sakinlərə rəsmi təhlükəsizlik təlimatlarına əməl etmək çağırışı edilib.

Hələlik partlayışın səbəbi, baş verdiyi dəqiq ərazi, eləcə də mümkün dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.