BAKI, 17 sentyabr. TELEQRAF
İngiltərə təmsilçisi “Mançester Yunayted” akademiyasının yetirməsi Noah Ajayi ilə müqaviləni uzatmağa hazırlaşır.
Teleqraf "Sky Sports”a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 17 yaşlı futbolçu ilə uzunmüddətli yeni müqavilə üzrə razılığa gəlmək üzrədir.
Xatırladaq ki, Almaniyanın U-19 millisinin üzvü olan Ajayi 10 yaşından “Mançester Yunayted”in formasını geyinir. Akademiyadakı çıxışları ilə bir sıra Premyer Liqa və Avropa klublarının diqqətini çəkən hücumçu hər iki cinahda oynaya bilir.