BAKI, 18 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının VI turunda “Qarabağ” və “Şəfa”komandaları qarşılaşıb.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma “köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüşdə yeganə qolu 61-ci dəqiqədə penaltidən Marko Yankoviç vurub.

Bu nəticədən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Zaur Həşimovun komandası isə 3 xalla 10-cu yerdədir.

Qeyd edək ki, turun açılış matçında “Neftçi” “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 20-də yekun vurulacaq.