BAKI, 19 sentyabr. TELEQRAF
Kanadanın Baş naziri Mark Karni 2026-cı ilin sonunadək ölkəsinin Avropa İttifaqına (Aİ) assosiativ üzvlüyünə dair sazişin əsas müddəalarını razılaşdırmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə “The Economist” Kanada hökumətindəki yüksəkvəzifəli rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Ottawa və Brüssel yaxın aylarda maliyyə xidmətlərinin inteqrasiyası, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və gənclər üçün birgə proqramların yaradılması istiqamətində işləməyi planlaşdırır.
Bundan əvvəl Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Kanada ilə münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını və ölkəyə Aİ-nin ilk assosiativ üzvü statusunun verilməsi üzərində işə başlanmasını təklif edib. Bu təşəbbüs bəzi üzv dövlətlərdə suallar yaradıb, çünki Aİ müqavilələrində belə üzvlük forması hazırda nəzərdə tutulmayıb.