BAKI, 17 sentyabr. TELEQRAF

Argentina millisinin və “İnter Mayami” klubunun futbolçusu Lionel Messi karyerasında 49-cu komanda titulunu qazanıb.

Teleqraf xəbər verir ki, ulduz hücumçu buna ABŞ təmsilçisinin sentyabrın 17-də “Kampus çempionlar kuboku”nun finalında Meksikanın “Kruz Asul” klubunu 2:0 hesabı ilə məğlub etdiyi görüşdə nail olub.

Messi qarşılaşmada qollardan birinə imza atıb. Bu qol 39 yaşlı futbolçunun “İnter Mayami”nin heyətində 100-cü, peşəkar karyerasında isə 929-cu qolu olub.

“İnter Mayami” tarixində ilk dəfə 2018-ci ildən etibarən keçirilən bu turnirin qalibi adını qazanıb.

Messi daha əvvəl “Barselona” ilə 35, PSJ ilə 3, “İnter Mayami” ilə 4, Argentina millisi ilə isə 6 titul əldə edib.

Bununla da argentinalı futbolçu futbol tarixində qazandığı komanda titullarının sayına görə öz rekordunu yeniləyib. Bu göstəricidə ikinci pillədə Messinin “Barselona”dakı sabiq komanda yoldaşı Dani Alves qərarlaşıb – 45 titul.

Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.