BAKI, 19 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə qarşıdakı görüşdə bir sıra mühüm razılaşmaların əldə olunacağına ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ liderindən Si Cinpinlə süni intellekt sahəsində təhlükəsizliyə dair razılaşmaların imzalanmasını gözləyib-gözləmədiyi soruşulub.

“Burada bir çox müxtəlif razılaşmalar əldə edəcəyik. Bir sıra olduqca mühüm görüşlər keçirəcəyik”, – Tramp bildirib.

O, Çin lideri ilə münasibətlərinin yaxşı olduğunu vurğulayaraq Si Cinpinin gələn həftə ABŞ-a səfər edəcəyini və görüşün uğurlu keçəcəyini düşündüyünü deyib.

"Reuters"in məlumatına görə, Tramp və Si Cinpinin görüşü sentyabrın 24-də Vaşinqtonda planlaşdırılır.