BAKI, 19 sentyabr. TELEQRAF
Fransa Ukraynaya hərbi-texniki yardımın genişləndirilməsinin mümkün nəticələrini nəzərə almalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Parisdəki səfirliyinin “İzvestiya” qəzetinə açıqlamasında bildirilib.
Diplomatik nümayəndəlik bəyan edib ki, Ukraynada Qərb ölkələri ilə birgə yaradılan və Rusiyaya qarşı zərbələrdə istifadə olunan silahların istehsalı ilə məşğul olan müəssisələr Rusiya Silahlı Qüvvələri üçün “qanuni hədəf” hesab ediləcək.
Səfirlik, həmçinin Qərb dövlətlərinin Ukraynadakı münaqişəyə daha dərindən cəlb olunmasının Rusiya ilə NATO arasında birbaşa qarşıdurma riskini artırdığı mövqeyini ifadə edib.
Açıqlama Fransanın Ukrayna ilə hərbi-texniki əməkdaşlığı genişləndirmək planları fonunda verilib.