BAKI, 18 sentyabr. TELEQRAF

“Qəbələdə oynamaq asan deyil. Ötən il də bu cür çətinliklərlə üzləşirdik. Nəticə etibarilə, əsas odur, qalib gəldik”.

Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının VI turunda səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub etdikləri görüşlə bağlı deyib.

Ukraynalı mütəxəssis bildirib ki, komanda qarşıdakı günlərdə fasilə verəcək:

“Bu oyundan sonra futbolçulara beş günlük fasilə verəcəyik. Həmçinin, bir neçə futbolçumuz milli komandalarına dəvət alıb. Ona görə də ayın 24-də toplanacaq və VII turda “Sabah”la oyuna hazırlaşacağıq. Ötən il çempion olub, rəqibimiz çox yaxşı formadadır. Oktyabrın 2-də “Araz-Naxçıvan”la yoldaşlıq oyunumuz olacaq. “Sabah”dan sonra “Qarabağ”, ardınca isə “Turan Tovuz”la ağır oyunlarımız olacaq.

“Sabah”ın Çempionlar Liqasındakı oyunlarına görə bizimlə oyunun təxirə salınması barədə bizə müraciət etsə, loyal yanaşacağıq. O da problem deyil. Ötən il Çempionlar Liqasında “Qarabağ”la da belə hal yaşanmışdı və biz buna müsbət cavab verdik. Hazırlaşmaq üçün zamanımız var”.