BAKI, 18 sentyabr. TELEQRAF
UEFA Avropa Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin I turuna yekun vurulub.
Teleqraf xəbər verir ki, sentyabrın 17-də turun daha 9 qarşılaşması keçirilib.
Gecənin ən böyük hesablı qələbəsini İtaliya “Yuventus”u qazanıb. Turin klubu Niderlandın NEK komandasını 5:0 hesabı ilə məğlub edib. “Kristal Pelas” “Lex Poznan”ı 4:0, “Beşiktaş” isə “Marsel”i 4:1 hesabı ilə üstələyib.
Gecənin nəticələri:
OFİ – “Hoffenhaym” – 2:0
“Levski” – “Zalsburq” – 0:1
“Beşiktaş” – “Marsel” – 4:1
“Seltik” – “Ferentsvaroş” – 1:3
“Kristal Pelas” – “Lex Poznan” – 4:0
“Viktoriya Plzen” – “Union Sent-Jillua” – 0:3
“Yuventus” – NEK – 5:0
“Lillestrem” – “Torreense” – 1:2
“Real Sosyedad” – “Bornmut” – 1:2
Qeyd edək ki, Avropa Liqasının I turunun ilk 9 oyunu sentyabrın 16-da keçirilmişdi. Növbəti turun qarşılaşmaları oktyabrın 15-də baş tutacaq.