BAKI, 19 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Konqresin qəbul etdiyi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.
Sənədə əsasən, Rusiyaya qarşı sanksiyaların, tariflərin və bir sıra qadağaların tətbiqi və genişləndirilməsi nəzərdə tutulur. Qanun, həmçinin İrana qarşı mövcud sanksiyaların müddətini uzadır. Ağ Ev administrasiyası daha əvvəl qanunun Rusiyanın dövlət strukturları, maliyyə institutları və digər şəxslərə qarşı sanksiya imkanlarını genişləndirdiyini açıqlamışdı.
Tramp qanun layihəsini sentyabrın 18-də imzalayıb.