BAKI, 19 sentyabr. TELEQRAF
Danimarka Qrenlandiyanın təhlükəsizliyini təkbaşına təmin etmək imkanına malik olmadığı üçün ABŞ ilə razılaşmaya gedib.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News”a açıqlamasında bildirib.
“Danimarka və Qrenlandiya anlayırlar ki, adaya hücum və ya təhlükə yaranacağı təqdirdə Qrenlandiyanı müdafiə etmək üçün maliyyə imkanları yoxdur. ABŞ isə bunu etmək imkanına malikdir”, – Rubio deyib.
ABŞ rəsmilərinin açıqladığı razılaşmaya əsasən, Vaşinqton Qrenlandiyada daimi hərbi mövcudluq və əlavə hərbi obyektlər yaratmaq imkanları əldə edir.
ABŞ Prezidenti Donald Tramp da daha əvvəl razılaşma çərçivəsində Qrenlandiyada Amerika hərbi mövcudluğunun artırılacağını bildirmişdi.