BAKI, 17 sentyabr. TELEQRAF

İtaliyanın “Napoli” klubu Braziliyanın “Kruzeyro” klubunun qapıçısı Otavionu transfer edə bilər.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 20 yaşlı qolkiperı yaxından izləyir.

Onun transfer qiymətinin ən azı 25 milyon avro olacağı bildirilir. Bununla belə, Otavio ilə Portuqaliya təmsilçisi “Portu” və İngiltərə klubu “Nottingem Forest” də maraqlanır.

Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda yanvarın 20-də Bakıda “Sabah”la qarşılaşacaq.