BAKI, 19 sentyabr. TELEQRAF
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşünün keçirilməsi üzərində iş aparılır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a müsahibəsində bildirib.
Zaxarovanın sözlərinə görə, hazırda Baş Assambleya çərçivəsində keçiriləcək işgüzar görüşlərin qrafiki hazırlanır və Lavrov-Rubio görüşü də nəzərdən keçirilir.
Diplomat Ukrayna məsələsinin danışıqlarda əsas mövzulardan biri olaraq qaldığını da təsdiqləyib.
BMT Baş Assambleyasının dövlət və hökumət başçılarının, eləcə də xarici işlər nazirlərinin iştirakı ilə yüksək səviyyəli ümumi siyasi müzakirələri sentyabrın 22-26-da və 28-də Nyu-Yorkda keçiriləcək. Rusiya nümayəndə heyətinə Sergey Lavrov rəhbərlik edəcək.