BAKI, 19 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin ölkənin müdafiə-sənaye kompleksinin elmi, texnoloji və kadr potensialını artırmağa davam edəcəyinə əminliyini bildirib.

Teleqraf xəbər verir ki, Putin bunu Silah ustaları günü münasibətilə müdafiə-sənaye kompleksinin əməkdaşları və veteranlarına ünvanladığı təbrikdə bildirib.

“Əminəm ki, sizin peşəkarlığınız, seçdiyiniz işə sədaqətiniz və məsuliyyətiniz sayəsində müdafiə-sənaye kompleksi bundan sonra da elmi, texnoloji və kadr potensialını artıracaq, Silahlı Qüvvələri, hüquq-mühafizə orqanlarını və xüsusi xidmətləri ən müasir silah və texnika ilə təmin edəcək”, – Putin qeyd edib.

Rusiya lideri ölkəsinin dünya silah bazarında mövqeyini qoruyacağına əminliyini də ifadə edib.

Putin müdafiə sənayesi əməkdaşlarının əməyinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb və bu sahədə çalışanlara təşəkkürünü bildirib.