BAKI, 18 sentyabr. TELEQRAF

"Turan Tovuz"un qapıçısı Oleq Baklov Tacikistan millisinə dəvət alıb.

Teleqraf xəbər verir ki, 31 yaşlı qolkiper Çin, Fələstin və Azərbaycanla yoxlama oyunları üçün milli komandanın sərəncamında olacaq.

O, yığmamıza qarşı matçda mübarizə apara bilər.

Qeyd edək ki, Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də, saat 20:00-da 8-ci km qəsəbə stadionunda Tacikistan yığması ilə qarşılaşacaq.