BAKI, 18 aprel. TELEQRAF

Özbəkistanın 17 yaşadək futbolçulardan ibarət (U-17) yığma komandası Asiya Kubokunun finalına vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən yarımfinal matçında özbəklər Şimali Koreya komandasını böyük hesabla məğlub edib – 3:0.

Özbəkistan millisi aprelin 20-də keçiriləcək final görüşündə meydan sahibi Səudiyyə Ərəbistanı yığması ilə qarışılaşacaq.

Ərəblər yarımfinalda Cənubi Koreya yığmasına penaltilər seriyasında (1:1, penaltilərlə 3:1) qalib gəliblər.