BAKI, 4 iyun. TELEQRAF

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının final mərhələsində Ukrayna yığması ilə qarşılaşıb.

Teleqraf xəbər verir ki, Elşad Quliyevin yetirmələri rəqibi məğlub edərək Avropa çempionu olublar.

“Tipos Arena”da keçirilən həlledici görüşdə yığma komandamız 2:0 hesablı qələbə qazanıb. Millinin qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.

Beləliklə, Azərbaycan tarixində ikinci dəfə Avropa çempionatı kubokunu başı üzərinə qaldırıb.

Komanda daha əvvəl 2022-ci ildə eyni uğura imza atmışdı.