BAKI, 5 iyun. TELEQRAF
Fransada İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı pozmaq və humanitar yardım çatdırmaq məqsədi daşıyan Qlobal Donanmada fransız fəallara qarşı pis rəftarla bağlı istintaq başladılıb.
Teleqraf xəbər verir ki, istintaq "işgəncə və müharibə cinayətləri" ittihamları üzrə aparılır.
Yerli medianın məlumatına görə, Milli Təhlükəsizlik Şurası Fransa hökumətinin İsrailin Qlobal Donanmadakı fəallara qarşı pis rəftar etdiyini iddia edən hesabatını dərc etməsindən sonra reaksiya verib.
Fransa xarici işlər naziri Jean-Noel Barrot İsrailin donanmadakı fəallara qarşı pis rəftarı ilə bağlı bildirib: "Türkiyədəki Baş Konsulumuzdan əldə etdiyim məlumata əsasən Fransa vətəndaşlarına qarşı cinsi, fiziki zorakılıq, soyuqda saxlama və təkrarlanan təhqir hadisələrinə yol verilib.
Xatırladaq ki, daha əvvəl İsrail milli təhlükəsizlik naziri Ben-Qvir Fələstin tərəfdarı olan fəalların saxlanılmasının videosunu yayımlamışdı. Videoda saxlanılan şəxslərin diz çökdürüldüyü, əlləri bağlı, başları yerə dəydiyi və silahlı sərhədçilərin nəzarəti altında İsrail himnini dinləməyə məcbur edildiyi göstərilir. İsrailin Baş naziri Benyamin Netanyahu naziri yayımladığı videoya görə tənqid etmişdi.