BAKI, 5 iyun. TELEQRAF

Britaniyalı aktyor Entoni Hed 72 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hed "Buffy the Vampire Slayer" (1997-2003) və "Ted Lasso" (2020-ci ildən indiyədək) televiziya seriallarındakı rolları ilə geniş şöhrət qazanıb. O həmçinin "Merlin" (2008-2012), "Little Britain" (2003-2006) və "Manchild" (2002-2003) televiziya seriallarında da rol alıb.

Hed "Dəmir Ledi" (2011) və "İnandırma" (2007) filmlərindəki rolları ilə də yadda qalıb. Ailəsinin verdiyi açıqlamaya görə, aktyor pnevmoniyadan vəfat edib.