BAKI, 5 iyun. TELEQRAF

Ötən mövsüm Türkiyə Superliqasında uğursuz çıxışı ilə azarkeşlərini məyus edən “Beşiktaş”da baş məşqçi məsələsinə aydınlıq gəlir.

Teleqraf xəbər verir ki, Sergen Yalçının ayrılığından sonra komandanın sükanı arxasına keçəcək mütəxəssisin kimliyi böyük maraq doğururdu.

“Beşiktaş” italiyalı mütəxəssis Vinçenzo İtalyano ilə razılığa gəlib. Son olaraq “Bolonya”nı çalışdıran 48 yaşlı baş məşqçinin bu gün İstanbula gələcəyi bildirilir.

İddiaya görə, “Beşiktaş” İtalyano ilə 2 illik müqavilə imzalayıb. Klub prezidenti Sərdal Adalı və italiyalı mütəxəssisin saat 15:00-da İstanbula gələcəyi qeyd olunur.

Qeyd edək ki, Vinçenzo İtalyano “Bolonya”nın baş məşqçisi kimi 107 oyuna çıxıb. Onun rəhbərliyi altında komanda 46 qələbə qazanıb, 29 dəfə heç-heçə edib və 31 matçda məğlub olub.