BAKI, 5 iyun. TELEQRAF
“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi İstanbuldan ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Futbolçu qısa müddət əvvəl Türkiyəni tərk edərək vətəni Argentinaya yollanıb.
İkardinin hava limanına 25 çamadanla gəlməsi diqqət çəkib.
Qeyd edək ki, daha əvvəl mətbuatda 33 yaşlı forvardın "River Pleyt"ə keçəcəyi barədə xəbərlər yayılmışdı.