BAKI, 5 iyun. TELEQRAF

İran ABŞ ilə münaqişə yenidən başlayacağı təqdirdə indiyə qədər hücuma məruz qalmayan Amerika bazalarına zərbələr endirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə İranın ali liderinin hərbi müşaviri Möhsün Rezai CNN-ə verdiyi müsahibədə bildirib.

Rezai qeyd edib ki, İran indiyə qədər hücuma məruz qalmayan digər Amerika bazalarını hədəf alaraq müharibəyə yeni bir miqyas qatacaq.

Onun sözlərinə görə, münaqişə yenidən başlasa, İran hərbi əməliyyatları Fars körfəzindən kənara - Hörmüz boğazından Hind okeanına, Bab əl-Məndəb boğazına, Qırmızı dənizə və Aralıq dənizinə qədər genişləndirə bilər.

Bununla belə, Rezai qeyd edib ki, müharibə ehtimalı aşağı olaraq qalır.