BAKI, 5 iyun. TELEQRAF
Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olunub.
Teleqraf xəbər verir ki, Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsi Komandanlığının yaydığı məlumata görə, gəmi hücum nəticəsində batıb. Nəticədə bir balıqçının öldüyünü, dörd nəfərin isə yaralandığı bildirilir.