BAKI, 4 iyun. TELEQRAF

Transfermarkt 2026 Dünya Çempionatı öncəsi Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən 496 futbolçunun bazar dəyərlərini yeniləyib.

Teleqraf xəbər verir ki, yenilənmədə ən diqqətçəkən məqam "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştianu Ronaldu ilə bağlı olub.

41 yaşlı futbolçunun dəyəri 12 milyon avrodan 10 milyon avroya düşüb. Bununla belə, liqanın ən dəyərli futbolçusu Mateo Retequi 5 milyon avro dəyər itirməsinə baxmayaraq 30 milyon avro ilə zirvədə qalmağı bacarıb.

"Əl-Nəsr"də çıxış edən Joao Felix isə güncəlləmənin qazananları arasında yer alıb. 26 yaşlı futbolçunun dəyəri 3 milyon avro artaraq 28 milyon avroya yüksəlib.

"Əl-Hilal"dan Zeo Hernandes, Darvin Nuneş və Sergey Milinkovic-Saviç də dəyər itirən futbolçular sırasında yer alıb. Kərim Benzemanın dəyəri isə 6 milyon avrodan 5 milyon avroya enib.

Türk futbolçular da yenilənmədə dəyər itirənlər arasında olub. "Əl-Hilal"dan Merih Demiralın dəyəri 2 milyon avro azalaraq 12 milyon avroya düşüb. Youssef En-Nesyri 3 milyon avro itirərək 17 milyon avro, Yusuf Akçiçek isə 1 milyon avro azalaraq 14 milyon avro dəyərində qiymətləndirilib.