“Karvan-Yevlax” heyətində daha bir ayrılıq gerçəkləşib.

Teleqraf xəbər verir ki, Yevlax təmsilçisi Coy Sleyd Mikelslə əməkdaşlığı davam etdirməyib.

Klub ruandalı futbolçu ilə başa çatan müqavilənin müddətini yeniləməyib.

Qeyd edək ki, 30 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə “Karvan-Yevlax”ın heyətində 19 oyuna çıxıb və 5 qol vurub.