BAKI, 5 iyun. TELEQRAF
Bir neçə ulduz futbolçu 2026-cı il Dünya Çempionatında iştirak edə bilməyəcək.
Teleqraf xəbər verir ki, bir sıra tanınmış futbolçular iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək mundialı zədə səbəbindən buraxacaqlar.
Ən ciddi itkilər Braziliya millisindədir. “Real Madrid”in futbolçuları Rodriqo və Eder Militao, eləcə də “Çelsi”nin gənc braziliyalısı Estevao zədə səbəbindən turnirdən kənarda qalacaq.
Fransa yığması da Dünya çempionatına vacib itki ilə yollanır. “Liverpul”un hücumçusu Huqo Ekitike axilles vətərindən aldığı zədə səbəbindən turniri buraxacaq.
Almaniya millisində isə Serj Qnabri heyətdən kənarda qalıb.
Niderland millisində Xavi Simons, Matteys de Liqt və Yerdy Sxauten zədə səbəbindən baş məşqçinin sərəncamında olmayacaq. İspaniyada Fermin Lopes və Samu Aqehova, Argentinada isə Xuan Foyt və Valentin Karboni turniri buraxacaq futbolçular sırasındadır.
Qana millisinin yarımmüdafiəçisi Məhəmməd Kudus, Yaponiya yığmasının üzvləri Kaoru Mitoma və Takumi Minamino da zədə səbəbindən 2026-cı il Dünya çempionatında iştirak edə bilməyəcək.