BAKI, 5 iyun. TELEQRAF

“Əhval ruhiyyəmiz çox yaxşıdır”.

Bunu Teleqraf-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Məhəmməd Xəlilov deyib.

O, qitə çempionluğunu həmyerlilərinə həsr etdiyini söyləyib:

“Bütün azərbaycanlıları qələbə münasibətilə təbrik edirəm. Qələbəni bütün həmyerlilərimizə həsr edirik.
Qarşıdakı hədəflərimiz dünya çempionatından qələbə qazanmaqdır”.

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan milli Slovakiyada keçirilən Avropa çempionatında növbəti dəfə kubokun sahibi olub.