BAKI, 5 iyun. TELEQRAF

"Neftçi" klubunun sabiq prezidenti Sadıq Sadıqov vəfat edib.

Teleqraf xəbər verir ki, 60 yaşlı keçmiş klub rəhbəri ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, S.Sadıqov 2009-2015-ci illərdə "Neftçi"nin prezidenti olub. Onun rəhbərliyi dövründə "ağ-qaralar" ölkə futbolunda uğurlu nəticələr əldə edərək üç dəfə Azərbaycan çempionu olub, iki dəfə isə Azərbaycan Kubokunu qazanıb.