BAKI, 4 iyun. TELEQRAF
“Karvan-Yevlax”da ayrılıq yaşanıb.
Teleqraf xəbər verir ki, Yevlax təmsilçisi Kayl Spenslə yollarını ayırıb.
Klub müqavilə müddəti başa çatan ingiltərəli yarımmüdafiəçi ilə yeni anlaşma imzalamayıb.
Spens son mövsümdə “Karvan-Yevlax”ın heyətində 34 oyuna çıxıb. O, bu matçlarda 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Karvan-Yevlax” Misli Premyer Liqasında 2025/26 mövsümünü sonuncu – 12-ci pillədə başa vuraraq I Liqaya düşüb.