BAKI, 5 iyun. TELEQRAF

Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda Macarıstan yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi bundan əvvəl evdə və səfərdə Andorranı (3:1, 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığmamız səfərdə Macarıstana isə 0:1 hesabı ilə uduzub.