BAKI, 5 iyun. TELEQRAF

“Şəfa” futbol klubu yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu posta Zaur Həşimov təyin olunub.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Müqavilənin imzalanma mərasimində klubun prezidenti Kənan Sadıqlı da iştirak edib.

Zaur Həşimov futbolçu karyerası dövründə bu klubun formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Mütəxəssis məşqçilik fəaliyyətində “Qəbələ” və “Zirə” klublarında çalışıb. Həşimov eyni zamanda Bakı təmsilçisinin baş məşqçisi olub, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.