BAKI, 5 iyun. TELEQRAF
İran və ABŞ arasında mümkün olan hər hansı bir razılaşma Donald Tramp administrasiyasının dondurulmuş İran aktivlərinin 24 milyard dollarlıq hissəsinin dondurulmasının ləğvindən asılıdır.
Teleqraf xəbər verir ki, bu barədə İranın ali liderinin hərbi müşaviri general-mayor Möhsün Rezai CNN-ə müsahibəsində bildirib.
Rezainin sözlərinə görə, Tramp İsraildən asılı olmayan qərarlar qəbul etməli, İran xalqına məxsus olanı qaytarmalı, blokadaya son qoymalı və dondurulmuş aktivləri azad etməlidir.
Rezei hesab edir ki, bu, İran və ABŞ arasındakı münasibətlərin gələcəyi üçün yeni üfüqlər aça bilər. O, həmçinin əlavə edib ki, ABŞ prezidenti şəxsi maraqlarını kənara qoyub Amerika xalqının rifahı barədə düşünməlidir.