BAKI, 6 iyun. TELEQRAF

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Malta ilə qarşılaşıb.

Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda baş tutan matçda millimiz məğlubiyyətlə üzləşib: 0:2.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayıb.

5 iyun

22:00. Azərbaycan – Malta 0:2

Qol: J. Mbong, 65, A. Satariano, 86

Baş hakim: Mixali Kaprali (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu