BAKI, 5 iyun. TELEQRAF

“Sabah”ın yeni mövsümə hazırlıq planı açıqlanıb.

Teleqraf xəbər verir ki, komanda məşqlərə iyunun 17-də start verəcək.

Paytaxt təmsilçisinin yay təlim-məşq toplanışı Avstriyanın Tirol bölgəsində baş tutacaq. Hazırlıq prosesi iyulun 3-dək davam edəcək.

Toplanış çərçivəsində “Sabah”ın 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

Rəqiblər və qarşılaşmaların tarixləri barədə əlavə məlumat daha sonra açıqlanacaq.