BAKI, 4 iyun. TELEQRAF
İngiltərənin “Liverpul” komandasının yeni baş məşqçisi bəlli olub.
Teleqraf xəbər verir ki, komandaya "Bornmut"dan ayrılan Andoni İraola təyin olunub. Tərəflər arasında bağlanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Liverpul”u son olaraq Arne Slot çalışdırıb. Niderlandlı mütəxəssis mayın 30-da istefaya göndərilib.