BAKI, 5 iyun. TELEQRAF
Futbol üzrə Azərbaycan millisi bu gün yoxlama oyunu keçirəcək.
Teleqraf xəbər verir ki, Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan yığmamız Malta millisi ilə qarşılaşacaq.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda rəqibi Macarıstanda sınağa çəkəcək. Görüş Sombatxey şəhərindəki “Haladaş” stadionunda baş tutacaq.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək. Oyunu macarıstanlı referi Mixail Kaprali idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi hazırlıq prosesi çərçivəsində növbəti yoldaşlıq matçını iyunun 9-da San-Marinoya qarşı keçirəcək.