BAKI, 5 iyun. TELEQRAF
"Belarus müharibə istəmir; Minskin yalnız dinc məqsədləri var".
Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
"İstəyirəm ki, polyaklar, litvalılar, ukraynalılar və digərləri bizi eşitsinlər - biz onlarla döyüşmək istəmirik. Baxmayaraq ki, biz həmişə sizi qorumağa qərarlıyıq. Mən istəyirəm ki, inşaatçılar əllərində pulemyot və ya avtomatik silah tutmasınlar, inşa etsinlər. Ona görə də bir növ müharibə istədiyimizi deyən heç kimə inanmayın. Biz heç bir müharibə başlatmamışıq", - deyə o, Qrodnoda regional klinik xəstəxananın açılış mərasimində bildirib.
Lukaşenko əlavə edib ki, Belarus qonşu ölkələrə də kömək etməyə hazırdır: "Qonşularımız Tanrının hədiyyəsidir. Əgər qonşularımız yaxşı vəziyyətdədirsə, deməli, biz də yaxşı vəziyyətdə olacağıq".