
BAKI, 1 aprel. TELEQRAF
İsrail 2023-cü ilin oktyabrında Qəzza zolağında HƏMAS-la müharibənin başlamasından sonra Misirin sərhəd bölgələrində qurduğu hərbi infrastrukturunu dağıtmasını istəyir.
Teleqraf xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti rəsmi mənbələrə istinadla məlumat yayıb.
“İsrail Misir və ABŞ-dən Misir ordusunun Sina yarımadasındakı hərbi infrastrukturunu dağıtmasını xahiş edib”, - rəsmi nəşrə deyib.
Qəzetin həmsöhbəti həmçinin Misirin sərhəddəki tədbirlərini iki ölkə arasında sülh sazişinin ciddi şəkildə pozulması kimi qiymətləndirib. Rəsmi bu məsələnin İsrail müdafiə naziri İsrael Katz üçün əsas prioritet olduğunu vurğulayaraq, Təl-Əvivin Misirin Sinada artan hərbi mövcudluğunu qəbul etməyəcəyini söyləyib.
İsrail mənbələri bundan əvvəl bildirmişdilər ki, Katz iki ölkə arasında sülh müqaviləsinin Misir tərəfindən pozulması kimi şərh etdiyi məsələlər haqda yüksək səviyyəli müzakirələr aparıb.