
BAKI, 1 aprel. TELEQRAF
Bayram günlərində - aprelin 18-dən 31-nə qədər qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 62 nəfər qəbul edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.
Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.