
BAKI. 25 mart. TELEQRAF
Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün "Bank Respublika Arena"da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
AFFA-nın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, sükut zamanı mərhumun şəkli stadiondakı tabloda əksini tapacaq.
Qeyd edək ki, oyun saat 21:45-də başlayacaq.