BAKI. 25 mart. TELEQRAF

2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün daha 6 oyun keçiriləcək.

Teleqraf xəbər verir ki, I qrupunda əvvəlcə Moldova və Estoniya milliləri üz-üzə gələcəklər. İlk turda hər iki komanda məğlub olub. Qrupun digər matçında İsrail Norveçi sınağa çəkəcək. Bu komandalar isə ilk turda qələbə qazanıblar.

J qrupunda azərbaycanlı baş məşqçi Əli Əliyevin rəhbərlik etdiyi Qazaxıstan yığması Lixtenşteynin qonağı olacaq. Hər iki komanda hələlik xalsızdır. İlk turu qələbə ilə başa vuran Şimali Makedoniya və Uels isə qrupun digər görüşündə qarşılaşacaqlar.

Nəhayət, L qrupunda xalsız Cəbəllütariq 3 xala malik Çexiyanı qəbul edəcək. "Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin yer aldığı Monteneqro millisi Farer adaları yığması ilə görüşəcək. İlk turda Monteneqro qalib gəlibsə, Farer adaları məğlubiyyətlə üzləşib.

DÇ-2026
Avropa zonası üzrə seçmə mərhələ
25 mart

I qrupu

21:00. Moldova - Estoniya

23:45. İsrail - Norveç

J qrupu

23:45. Lixtenşteyn - Qazaxıstan

23:45. Şimali Makedoniya - Uels

L qrupu

23:45. Cəbəllütariq - Çexiya

23:45. Monteneqro - Farer adaları.